Kontent qismiga oʻtish

Foydalanuvchi:Erdal~uzwiki/Vikipediya-Jasur bo'l

Vikipediya, ochiq ensiklopediya

thumb|300px|Bu suv sovuq emas.. jasur bo'l! Xush kelibsen. Vikipediya faqat har odom jasur bo'ldugu halda ugurlu bo'la biler. Vikipediyada gez dolash, hech chekinmedan togri bildiyin har bir shayi ishla, maqaleleri zenginleshtir.

Bunu etməyə sənin tam ixtiyarın var! Hamı səndən məhz bu cür cəsur olmanı gözləyir. Sözlərimdən şübhələnə bilərsən amma inan ki, Vikipediya bu cür zənginləşir. Amma bir şərt var - əxlaq qaydalarına əməl et, digər istifadəçilərin də Sənin kimi eynihüquqlu olduğunu heç zaman unutma.

Vikipediyada işləməyə başladıqdan qısa müddət sonra başa düşəcəksən ki, kiminsə öz yazdıqlarını mühafizə etmək və onlara "sahib çıxmaq" kimi fəaliyyəti Vikipediyada faydasızdır.

Vikipediyada məqalə başlayan və ya məqalə zənginləşdirən kəs öz məqaləsinin digər istifadəçilər tərəfindən dəyişdirilməsini (zərər verməmək şərti ilə!), oraya məlumat əlavə etməsini səmimi qarşılamalıdır. Çünki heç kim "HƏR ŞEYİ" bilə bilməz və ancaq bir neçə nəfərin birgə fəaliyyəti nəticəsində istənilən nəticə əldə edilə bilər. Buna görə də Sənin yazılarına edilmiş yazıları öz məqalənin əksikliyi kimi qəbul etmə, deməli sən maraqlı məqalə başlamısan və başladığın məqalə digər istifadəçilərində marağına səbəb olmuşdur.

O'zbekcha Vikipediyada hal-hazırda istədiyin qədər səhv tapa bilərsən :-( . Xüsusilə mətnin kompyuterə yığımı zamanı edilmiş və ya istifadəçinin məlumatsızlığında irəli gələn orfoqrafik səhvlər. Bu cür səhvləri tapıb düzəltsən sənə heç kim gözün üstə qaşın var deyə bilməz, əksinə hamı minnətdar olacaq. Hətta bu səhifənin özündə də səhv tapıb düzəltsən əla olar. Yox əgər sən məqalədə nəsə radikal dəyişikliklər etmək istəyirsənsə istinad etdiyin mənbə olmalıdır. Yaxşı olardı ki, bu cür dəyişiklikləri əvvəlcə məqalənin müzakirə səhifəsində müzakirə edəsən.

Ola bilər ki, qarşına məzmunu boş olan, elə-belə yaradılmış və ya heç bir ensiklopedik məzmunu olmayan məqalə çıxsın. Cəsur ol, çalış ki, məzmunu ensiklopedik edəsən. Yox əgər görsən ki, məqalənin əmələ gələn bir tərəfi yoxdursa onda onu silinəcək səhifələr siyahısına {{sil}} sözlərini yazmaqla əlavə et. Yaxın zamanda idarəçilər qərarını düzgün hesab etsələr məqaləni siləcəklər.

Əgər indi cəsarət qazandınsa bu yazının üstünə bas və dəyişiklikləri necə edə biləcəyini öyrən.

Bir şeyi də unutma ki, yalnız Sən Vikipediya üçün tək çalışmırsan, səndən əlavə burada nə qədər desən həmfikirlərin var-- çətinə düşəndə onlardan kömək istəməyə də cəsur ol.

Cesaret